VAHİD ƏHMƏDOV: "Bu gün bazarda haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur"

VAHİD ƏHMƏDOV: "Bu gün bazarda haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur"


"Bu gün bazarda haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur".

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, inflyasiyada qiymət siyasətinin əsas prioritetlərindən biri bazarda azad rəqabətin olmasıdır: "Təəssüf ki, bu prosesə müəyyən qədər təsir edən amillərdən biri Rəqabət Məcəlləsinin qəbul edilməsidir”.

V.Əhmədov vurğulayıb ki, bir ildən artıq vaxt keçməsinə baxmayaraq həmin məcəllə hələ də parlamentə daxil olmayıb:

“Hansı ki, biz bunu yaz sessiyasının işlər planına daxil etmişik. Ona görə də Baş nazirdən xahiş edirəm ki, bu məsələyə diqqət yetirilsin və məcəllə Milli Məclisə daxil olsun. Çünki hesabatdan da göründüyü kimi bu gün bazarda haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur. Belə bir vəziyyətdə iqtisadiyyatın normal tənzimləməsi qeyri-mümkündür”.

V.Əhmədov bildirib ki, hələ də dərmanların qiymətlərinin yüksək olması ilə bağlı şikayətlər var: “Görünür problem aradan qaldırılmayıb və bundan sonra da davam edəcək. Bu məsələyə süni qiymət artımı da təsir edir. Bu sahədə antiinhisar tədbirləri daha da gücləndirilməlidir”.

Deputat həmçinin bank faizlərinin yüksək olması məsələsinə də toxunub: “Bu da sahibkarlar üçün ciddi problemlər yaradır. Bağlanan kifayət qədər bank oldu ki, insanların orada çoxlu əmanətləri qalıb. Əmanətlərin qaytarılmasında da ciddi problemlər var. Vaxtı keçmiş kreditlərin qaytarılması məsələsini həll etməyi də Mərkəzi Banka tövsiyə edirəm”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
334 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...