Müharibə vaxtı Ermənistandakı kameralar Azərbaycanda izlənilirdi - VİDEO

Müharibə vaxtı Ermənistandakı kameralar Azərbaycanda izlənilirdi -

Ermənistan xüsusi xidmət orqanlarının həyata keçirdikləri informasiya manipulyasiyasının qarşısını almaq üçün Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən çoxsaylı kiberəməliyyatlar həyata keçirilib. Nəticədə Ermənistana məxsus 300-dən çox kamera nəzarətə alınıb, 3000-dən çox internet ötürücü qurğu sıradan çıxarılıb, 30 mindən çox cihazın internet sistemi ələ keçirilib, 100 mindən çox şəxsin sosial şəbəkə, eləcə də email hesablarına giriş edilib.

GUNDEMİNFO.AZ xəbər verir ki, bildirir ki, həmin məlumatlar "Xəzər Media Mərkəzi" tərəfindən çəkilən "Qartal Zirvədə" adlı sənədli filmdə açıqlanıb.

Filmdə DTX mənsubu deyib ki, Ermənistanın 112 dövlət informasiya resursu kiberhücumlar nəticəsində uzun müddət fəaliyyət göstərə bilmədi. 284 müxtəlif təyinatlı veb saytın internet məkanında fəaliyyəti dayandırıldı. Bundan əlavə, 13 sənaye idaretmə sistemi ələ keçirildi, Ermənistanın xüsusi xidmət orqanları, vergilər, sığorta, səhiyyə və elektrik şəbəkələrinə aid həcmi 5 terabaytdan çox olan məlumat götürüldü. 15 milyondan çox internet sorğu trafiki Dövlət Təhlükəsizliyi Xidmətinin hazırladığı sayta yönləndirildi.

Ətraflı videomaterialda:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
577 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...