Baqdasaryan müharibə anonsu verdi: Gələn ay başlayırıq...

Baqdasaryan müharibə anonsu verdi:
Noyabr ayında Azərbaycan ilə Ermənistan arasında böyük hərbi münaqişə başlayacaq. Hazırda hər iki tərəf hazırlıq işləri görür. Sərhəddə ara-sıra baş verən atışmalar da bunun göstəricisidir.

Axar.az xəbər verir ki, bu sensasion fikirlərlə tanınmış erməni siyasətçi Armen Baqdasaryan çıxış edib.

“Hadisələrin gedişatı məhz buna dəlalət edir. Bizi yeni müharibə gözləyir. Azərbaycanın səbri tükənib və əgər məsələ diplomotok masada həllini tapmasa, gələn ay yeni müharibə başlaya bilər. Aydındır ki, avropalıların öz maraqları var, ona görə də biz onlara arxalana bilmərik. Biz buna ümid belə edə bilmərik, çünki Qərbin Azərbaycanın qarşısına qoya biləcək heç bir mexanizmləri yoxdur. Rusiya da bizi dəstəkləməyəcək. Kreml daha ağrılı cavab verəcək, çünki bilir ki, ABŞ bizim regionda yalnız öz maraqlarına uyğun fəaliyyət göstərir, bu ölkənin marağı isə yalnız birdir: Rusiyanı regionumuzdan sıxışdırıb çıxarmaq üçün əlindən gələni etmək”, - deyə erməni ekspert qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
474 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...