Elmar Vəliyev müavinini vəzifədən azad etdi

Elmar Vəliyev müavinini vəzifədən azad etdi


Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev vəzifəsindən azad olunub. "Report" xəbər verir ki, onun vəzifədən çıxarılması haqqında əmri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev imzalayıb. N.Həmzəyevin yerinə təyinat olmayıb və hazırda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsi boşdur.

Qeyd edək ki,1983-cü il təvəllüdlü N.Həmzəyev 2015-ci ilin martın 19-dan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilmişdi. O, noyabrın 1-də keçirilən parlament seçkilərində Gəncənin 38-saylı Nizami birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edir.
N.Həmzəyev YAP-ın Gəncə şəhər təşkilatının sədridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1200 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...