Qubad İbadoğlunun Bakıdakı ofisində axtarış və müsadirə aparıldı - yeniləndi
ADR hərəkatının lideri Qubad İbadoğlunun Bakıdakı ofisində axtarış aparılıb. Musavat.com xəbər verir ki, bu barədə, hazırda ABŞ-da olan iqtisadçı alim özü məlumat yayıb. Məlumatda deyilir:
"Bu gün Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin əməkdaşları İqtisadi Tədqiqatlar Mərkəzinin ofisində axtarış axtarıb. Üç saatadək davam edən axtarışdan sonra Mərkəzin bütün kompyuterlərini və maliyyə-mühasibat sənədlərini müsadirə edərək aparıblar. Bu onu göstərir ki, ötən ilin aprel ayından bir qrup QHT-lərin əleyhinə aparılan istintaqdan 1 il keçməsinə baxmayaraq hələ də yekunlaşmayıb, vətəndaş cəmiyyətinə təzyiqlərin yeni mərhələsi başlayıb".
Qubad İbadoğlu musavat.com-a verdiyi özəl açıqlamada deyib: " Hesab edirəm ki, bu mənim Mədən sənayesində şəffaflıq üzrə Beynəlxalq İdarə Heyətindəki fəaliyyətimlə bağlıdır. Çünki, Mədən sənayesində şəffaflıq üzrə Beynəlxalq İdarə Heyətinin son iclasında Azərbaycanın statusu tam hüquqlu üzvdən namizəd üzvə endirilib".
1503 dəfə oxundu