Aksiz dərəcələri artır: Daxili istehsal olan siqaret niyə bahalaşır?

Aksiz dərəcələri artır:

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi keçirilib.

Müzakirə zamanı bir çox rüsumlara, o cümlədən aksiz dərəclərinə yenidən baxılacağını bildirilib.

Cebhe.info xəbər verir ki, bu haqda məlumatı isə maliyyə nazirinin müavini Azər Bayramov açıqlayıb.

Bildirib ki, bununla bağlı iki istiqamətdə dəyişikliklər nəzərdə tutulur: “Birinci aksiz dərəcələri qaldırılır, ikinci isə markaların qeydiyyatına görə rüsumlar artırılır”.

Bu isə tütün məhsullarının, spirtli içkilərin və eyni zamanda qazlı, qazsız və ya dadlaşdırılmış-dadlaşdırılmamış içkilərin qiymətinin bahalaşması deməkdir. Bu artımların yerli məhsullara şamil olunub-olunmaması bəlli deyil.

Nəzərə alsaq ki, hazırda tütün məhsullarının (siqaretlərin) 99 faizi məhz daxili istehsaldır, bu növ məhsulların bahalaşması doğru hesab edilmir. İqtisadçılar da hesab edir ki, aksiz vergilərinin artırılması yerli məhsullar bahalaşmasına səbəb olmamalıdır.

Vilayət Muxtar



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
593 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...