Qarabağda nə qədər erməni əsgəri var? – Polkovnikdən açıqlama
Hərbi ekspert Ədalət Verdiyevin Yenisabah.az-a müsahibəsi:
– Erməni mediasında belə bir xəbər yayılıb ki, Qarabağ separatçıların rəhbəri Arayik Arutyunyan “Artsax Müdafiə Ordusu”nu (“AMO”) ləğv etmək istəyir. Həmçinin, Ermənistan tərəfi isə iddia edir ki, müharibədən sonra Qarabağa əsgər göndərməyib. Lakin təxminən 1 ay öncə məzuniyyətdən qayıdan erməni hərbçilər Laçın dəhlizində sülhməramlılar tərəfindən saxlanıb və onların Qarabağa girişinə qadağa qoyulub.
- Ümumən ayrı-ayrı fraqmentləri nəzərə almasaq, atəşkəs elan olunandan bəri Ermənistan ərazisindən gənc çağırışçılar Qarabağa göndərilmir. Məzuniyyətdən qayıdan əsgərləri də sülhməramlılar geri qaytarıb. Açıqlamalara görə, Qarabğda guya 52 min adam var. Azərbaycan tərəfi bu rəqəmi yanlış, şişirdilmiş sayır. Qarabağda cəmi 25 min sakin yaşayır.
- Əgər bölgədə hərbçilər yoxdursa və orada 25 min insan yaşayırsa, həmin o əlisilahlılar hazırda kimdir? Separatçıların “ordusu” kimlərin hesabına formalaşır?
- 25 minlik əhalidən maksimum 500-1000 nəfər 18, yəni əsgər yaşındadır. Yəni yaş baxımından əhalinin cəmi 4% orduda xidmətə cəlb edə bilər. Bu çatışmazlığı aradan qaldırmaq üçün Ermənistan dövləti, rus sülhməramlılarının Qarabağa qaytardığı və sonradan iş təminatı məsələsində problem yaşayan erməniləri müqaviləli hərbi xidmət qulluqçusu adı ilə, bəlli bir miqdar maaş ödəməklə silahlandırıb mövqelərə yerləşdirib. Onlardan bəzilərinin yaş həddi 50-55 aralığındadır.
Bu çatışmazlığı aradan qaldırmaq üçün Ermənistan parlamentində 45 yaşına qədər şəxslərin orduya cəlbinə icazə verən qanun qəbul edilib. Yəni şəxsi heyətdə çatışmazlıq təkcə Qarabağdakı separatçılara aid deyil, həm də Ermənistan ordusuna aiddir. Onlar hətta gənc qadınları orduya cəlb etməyə çalışır, yüksək maaş və s. təklif etdilər.
Paşinyan hökuməti hazırda nəinki Qarabağa əsgər göndərə bilmir, hətta öz tələbatını tam ödəməyə qadir deyil. Kifayət qədər gənc nəsil ölkədən gedib, orduda yaralı və fərarilərin sayı 10 min çoxdur. Həm də fərariləri təkrar orduya cəlb etməyə Ermənistan qanunvericiliyi imkan vermir.
-Əgər Ermənistan Qarabağa əsgər göndərmirsə və bölgədə 25 min sakin varsa, separatçıların 15 minlik “ordu”su kimlərdən təşkil olunub?
-Bu qətiyyətlə doğru deyil. O qədər şəxsi heyətin Qarabağda olması de-fakto mümkün deyil. Bölgəyə dəfələrlə səfərlər etmişəm. Ermənilərin yeni mövqelərini müşahidə etmişəm. Bu mövqelərdə şəxsi heyətin sayı kifayət qədər məhduddur. Əsas müşahidələr kameralarla həyata keçirilir. Erməni əsgərləri səngərdən belə çölə çıxmağa ehtiyat edirlər. Mövqeləri yoxlamağa gələn rəhbərlik oraya səfər edəndə belə, blindajdan (üstü örtülü hərbi mövqe – red.) çıxan əsgər diqqəti cəlb etmir. Görünür, şəxsi heyətin az olmasını gizlətmək üçün onlar bu kontingentləri maskalanmış bir durumda saxlamağa məcburdular.
781 dəfə oxundu