Türkiyədən niyə “powerbank” sifariş etmək olmur? - DGK-dən AÇIQLAMA

Türkiyədən niyə “powerbank” sifariş etmək olmur? -

Azərbaycanın karqo şirkətləri Türkiyədən alınan “powerbank” məhsullarını ölkəyə gətirə bilmir. Sifariş edilən mallar xaricdəki anbara çatdıqdan sonra müştəriyə məlumat verilərək, geri qaytarılır.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, buna Türkiyə tərəfi icazə vermir: “Komitənin bununla bağlı heç bir qadağası yoxdur. Sözügedən məhsulların gətirilməsinə Türkiyənin müvafiq qurumları icazə vermir.
“Powerbank”lar litium tərkibli olduğuna görə, Türkiyədə təhlükəli mallar qrupuna daxil edilib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
502 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...