Talış və Suqovuşana qayıdış: Prezidentin köməkçisindən ANONS

Talış və Suqovuşana qayıdış:
Suqovuşan və Talış ərazilərinin çox böyük strateji əhəmiyyəti var idi. 2020-ci il 10 noyabrda üçtərəfli bəyanatın imzalanmasından etibarən bu, diplomatik korpus nümayəndələri ilə birgə işğaldan azad edilmiş ərazilərimizə 7-ci səfərimizdir.

Gundeminfo.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Suqovuşan və Talışa səfəri zaman deyib.

H.Hacıyev bildirib ki, səfərlərin ilkin mərhələsində bilavasitə Ermənistanın 30 il ərində işğal dövründə Azərbaycanın işğal altındakı ərazilərində törətdiyi dağıntıların şahidi olurduq:

“Budəfəki səfərlərimiz getdikcə fərqlənməyə başlayır. Biz artıq Azərbaycan tərəfindən qısa müddət ərzində həyata keçirdiyi quruculuq işləri ilə də tanış oluruq. Biz diplomatik korpus nümayəndələri ilə Talış istiqmətində yeni çəkilmiş yol boyunca hərəkət etdik və Azərbaycan tərəfindən quruculuq işləri cənab Prezident İlham Əliyev tərəfindən qoyulmuş tapşırıqlara uyğun olaraq sürətli şəkildə davam etdirilir. Əsas məqsədimiz bu ərazilərdə həyatı bərpa etmək və vətəndaşların öz evlərinə geri qayıtmasıdır". /Modern.az/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
682 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...