Sentyabrda ərzaq almağa 2 milyard manata yaxın pul xərcləyib CƏDVƏL

Sentyabrda ərzaq almağa 2 milyard manata yaxın pul xərcləyib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə ərzaq məhsullarına 14,860 mlrd. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6% çoxdur.

Təkcə sentyabr ayında əhali ərzaq məhsullarına 1,891 mlrd. manat xərcləyib ki, bu da avqust ayı ilə müqayisədə 5,4% çoxdur.
Sentyabrda ərzaq almağa 2 milyard manata yaxın pul xərcləyib

Qeyd edək ki, sentyabr ayında əhalinin ərzaq məhsullarına xərcləri bu ilin ən yüksək aylıq göstəricisi kimi qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
684 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...