İcra başçısının qalmaqallı oğlu polis orqanlarından çıxarıldı - VIDEO

İcra başçısının qalmaqallı oğlu polis orqanlarından çıxarıldı -

Polis kapitanı daxili işlər orqanlarından xaric edilib.

Oxu.Az xəbər verir ki, polis kapitanı Şəhriyar Hüseynov ötən il Yasamal rayonunda xüsusi karantin rejiminin pozulması ilə bağlı keçirilən əməliyyatlar zamanı vətəndaşlarla kobud rəftarı ilə gündəmə gəlmişdi. O, bu ilin iyul ayında öz raportu əsasında daxili işlər orqanlarından xaric olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumatı redaksiyamıza təsdiq edib.

Xatırladaq ki, Şəhriyar Hüseynov Ağcabədi rayon icra başçısı Rafil Hüseynovun oğludur.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
778 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...