Həbsxanada ölən başçıyla təmasda olanlar karantinə alındı

Həbsxanada ölən başçıyla təmasda olanlar karantinə alındı
Koronavirusdan vəfat edən Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevlə Gəncə İstintaq Təcridxanada kontaktda olan bütün şəxslər karantinə götürülüb.

Gundeminfo.az xəbər evrir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, Nazirliyin Tibb Baş İdarəsi hazırda onların səhhətinə xüsusi nəzarət edir.

Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyev Gəncə İstintaq Təcridxanasında koronavirusa yoluxub.

Sentyabrın 7-də səhhəti pisləşən sabiq icra başçısı Gəncə modul tipli xəstəxanaya yerləşdirilsə də, sentyabrın 8-də orada dünyasını dəyişib.(Trend)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
999 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...