Sərçələr Bakıdan qeybə çəkilib? - AMEA elmi işçisindən açıqlama

Sərçələr Bakıdan qeybə çəkilib? -
"Havalar istiləşəndən Bakı şəhərində sərçələr gözə dəymir, qeybə çəkilib”.

Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Dövlət Universitetinin dosenti, AMEA-ın Zoologiya İnstitutunun aparıcı elmi işçisi Əbülfəz Tağıyev deyib. Onun sözlərinə görə, sərçələrin istiyə dözümü yoxdur:

"Bu məsələ məni də həmişə narahat edib. Düşünürəm ki, Bakı şəhərində sərçələr bir az azalıb. Hətta kəndə də gedəndə gözüm sərçə axtarıb. Amma Milli Elmlər Akademiyasının bağına gəlsəniz, orada sərçə görəcəksiniz. Mən də sərçələrin ora yığışdığını tələbələri praktikaya çıxardanda müşahidə etdim. Akademiyanın bağında sərçələr daha çoxdur. Sərçələr ölçücə balaca quşlardır. Onlar günün bütün saatlarında aktiv olmağa meyilli olmurlar. Yalnız səhər çağı aktiv olurlar. Havanın tempraturu həddindən artıq isti olduğundan onlar sübh tezdən görünür. Saat 10:00-dan axşam saat 19:00-a kimi günəşdən gizlənirlər. Həm qida da yoxdur. Enerji itirməməyə görə sərçələr gündüz saatlarında qeybə çəkilir və buna görə Bakı sakinlərinin sərçələri görməmək ehtimalı var”.

Əbülfəz Tağıyev bildirib ki, sərçələr insan məskənləri olan yerlərdə yaşayan quşlardır:

"Amma son illər şəhərdə əhali sayı artıb, şəhər qaynar mühitdir. Bakıda ələm dəyib bir-birinə. Dəhşətli istilər keçir. Sərçələr də istidən qorunmaq üçün qeybə çəkiliblər. Bundan əlavə, sərçələrin qida ilə bağlı problemləri də ola bilər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1066 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...