Səməd Seyidov: “Azərbaycanda ABŞ-la hərtərəfli əlaqələrin inkişafına önəm verilir”

Səməd Seyidov: “Azərbaycanda ABŞ-la hərtərəfli əlaqələrin inkişafına önəm verilir”

Milli Məclisdə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Bakıda səfərdə olan Azərbaycanın Dostları Assambleyasının – AFAZ-ın sədri Ceyms Patrik Moranla görüşüb.

Milli Məclisdən APA-ya verilən məlumata görə, S. Seyidov Azərbaycanın I Avropa Oyunları ərəfəsində olduğunu diqqətə çatdırıb. Azərbaycanda ABŞ-la hərtərəfli əlaqələrin inkişafına önəm verildiyini bildirən S. Seyidov, hazırda beynəlxalq aləmdə gərgin vəziyyətin hökm sürdüyünü qeyd edərək dostluq və əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyindən söz açıb.

Söhbət zamanı Dağlıq Qarabağ probleminə, Ukraynadakı böhrana və beynəlxalq aləmdəki digər aktual məsələlərə toxunulub. Ceyms Patrik Moran Bakıya ötən səfərlərini xatırlayaraq hər gəlişində böyük dəyişikliklərin şahidi olduğunu vurğulayıb. O, Azərbaycanın coğrafi mövqeyini, potensialını, insan resurslarını xatırladaraq Azərbaycana və Azərbaycan xalqına heyranlığını ifadə edib. Qonaq I Avropa Oyunlarının Bakıda keçirilməsinin böyük əhəmiyyət daşıdığını deyib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər, o cümlədən Azərbaycanın ABŞ-da təbliğatının genişləndirilməsi və daha yaxından tanıdılması istiqamətində AFAZ-ın görəcəyi işlər barədə fikir mübadiləsi aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2355 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...