Ziyafət Əsgərov: “Bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarayaxma kampaniyasına qoşulub”

Ziyafət Əsgərov: “Bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarayaxma kampaniyasına qoşulub”

“Çox təəssüf ki, bəzi beynəlxalq təşkilatlar və Azərbaycanda fəaliyyət göstərən QHT Avropa Oyunları ilə bağlı Azərbaycana qarayaxma kampaniyasına qoşulub. Həmin təşkilatlar Azərbaycanı gözdən salmağa çalışır”.

APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Ziyafət Əsgərov bildirib ki, əslində bu beynəlxalq təşkilatlar və QHT Avropa Oyunlarını keçirmək məsuliyyətini üzərinə götürdüyünə gözə Azərbaycana təşəkkür etməlidir: “Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcək və bu qarayaxma cəhdlərə tutarlı cavab olacaq. Avropa Oyunlarının yüksək səviyyədə təşkili Azərbaycan xalqının özünə və dövlətinə inamını artıracaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1480 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...