Azərbaycanda kolleclər ali məktəblərin nəzdinə keçiriləcək

Azərbaycanda kolleclər ali məktəblərin nəzdinə keçiriləcək

Azərbaycanda kolleclər ali məktəblərin nəzdinə keçiriləcək. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətlərinin təmsilçiləri ilə keçirilən görüşdə deyib ki, bu gün orta ixtisas təhsili müəssisələrinin böyük hissəsi kollec adlandırılır. Təhsil Nazirliyinin planlarına əsasən, kolleclərin ali təhsil müəssisələrinin nəzdinə keçirilməsi prosesinə başlanacaq: “Fikrimizcə, bu, bir tərəfdən resurslardan daha faydalı istifadəni təmin edə bilər. Digər tərəfdən, subbakalavriat dərəcəsini təklif etməklə, həmin orta ixtisas təhsili müəssisələrində təhsilin keyfiyyətinin artırılması və onlara marağın artırılmasına xidmət edə bilər. Təbii olaraq, biz burada ixtisaslara baxacağıq”.

M. Cabbarov əlavə edib ki, son illərdə Azərbaycanın təhsil sistemində paradoksal vəziyyət yaranıb: “Bu gün pis məktəb direktoru deyəndə valideynlər tərəfindən X-XI siniflərdə şagirdlərin bütün fənlərdən iştirakını tələb edənlər nəzərdə tutulur”.

Nazir bildirib ki, valideynin fikrincə şagird I ixtisas qrupunu seçibsə, ona uyğun fənləri bilməsi kifayətdir digər 10-12 fənn ikinci dərəcəlidir: “Bu sistemdə müəyyən ziddiyyət var. Bir tərəfdən məktəblərdə təmayülləşmə, ixtisaslaşma yoxdur, amma digər tərəfdən biliyin qiymətləndirilməsi aparılır. Bu da bir çox mənfi hala gətirib çıxarır. Bütün bunları nəzərə alaraq, 2015-ci ildən 10-larla məktəbdə pilot olaraq təmayülləşmə prinsipi tətbiq ediləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1494 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...