"Dondurulmuş münaqişələri həll etmək lazımdır" - Avropa Komissiyasının prezidenti

"Dondurulmuş münaqişələri həll etmək lazımdır" -

"Şərq Tərəfdaşlığı" üzv ölkələri bir-birinə daha da yaxınlaşdırmaq məqsədi daşıyır. Bunun üçün dondurulmuş münaqişələrin başa çatması vacibdir. Avropanın sülh içində olması mühümdür".

"Report"un Brüsselə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker "Şərq Tərəfdaşlığı" Proqramının 10 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Konfransın açılışında deyib.
"Bunun üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməliyik. Əvvəl bir qədər skeptik idim, "Şərq Tərəfdaşlığı" ölkələrinin çox fərqli olduğunu düşünürdüm. Amma bu gün daha realistəm. Tədricən arzu edilən nəticələrə nail oluruq. Qarşıya iddialı məqsədlər qoymaq və uzunmüddətli nəticə üçün işləmək vacibdir", - Avropa Komissiyasının prezidenti bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
729 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...