Bakının ağ taksiləri VİDEO
Bu taksilər əlində bileti olan şəxsləri arenalara pulsuz gətirəcək. Bakıda ağ taksilər işə başlayacaq. ANS PRESS-in məlumatına görə, "Günə Baxan"ın qonağı olan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bu barədə məlumat verib.
Onun sözlərinə görə, bənövşəyi rəngli London taksilərinin ağ versiyası I Avropa Oyunları zamanı mərkəzi küçələrdə fəaliyyət göstərəcək. Bu maşınlar əlində bileti olan şəxsləri oyun keçirilən əraziyə pulsuz gətirəcək.
Ə.Cəfərov bildirib ki, I Avropa Oyunları ilə əlqaədar olaraq Nəqliyyat Nazirliyi üzərinə düşən böyük bir yük Avtomobil Nəqliyyat xidmətinin Bakı Sərinişin və Yükdaşımaları Təşkili İdarəsinə həvalə olunub. Hazırda 2 minə yaxın avtobus və taksi sürücüsü, 300 nəfər isə mühəndis və texniki işçilər bu işə cəlb olunub.
Onun sözlərinə görə, hazırda taksi dayanacaqlarına baxış keçirilir, mümkün qədər ərazinin genişlənməsi və işarələnməsi işləri aparılır.
Əmrah Cəfərov əhaliyə xidmət göstərmək istəyən rayonlardakı taksi sahiblərinə də müraciət edib: “Əgər rayonlarımızda taksiyə aid olan bütün avadanlıqlarla təchiz olunmuş nəqliyyat vasitələri varsa, onlar da şəhərin mərkəzində xidmət göstərə bilərlər. Onlar üçün qaraj və gecələməyə yer də verilir. Bunun üçün (012)561 76 28 və (012)561 76 29 nomrələri ilə əlaqə saxlaya bilərlər.
Lakin başına “şaşkı” qoyub lisensiyasız, qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücülərin avtomobilləri cərimə meydançasına aparılacaq və uzun müddət də oradan buraxılmayacaq".
1904 dəfə oxundu