İlqar Məmmədov namizəd ola bilməz - MSK qərar verdi

İlqar Məmmədov namizəd ola bilməz -


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. AzVision.az-ın məlumatına görə, iclasda iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb.

İclasda deputatlığa namizədliyi öz təşəbbüsü ilə irəli sürülən İlqar Məmmədovun səlahiyyətli nümayəndəsi Natiq Cəfərli tərəfindən namizədliyin qeydə alınmaması ilə bağlı DSK-nın qərarının ləğv edilməsini tələb etdiyi şikayət ərizəsinə baxılıb. MSK şikayətçinin ərizəsini qismən təmin edərək 90 saylı Ağdaş DSK-nın qərarını ləğv edib. Bununla yanaşı İlqar Məmmədovun namizədliyinin qeydə alınmasının mümkünsüz olduğu barədə qərar çıxarılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2015 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...