Aİ Türkiyə ilə miqrasiya razılaşmasına alternativ axtarır

Aİ Türkiyə ilə miqrasiya razılaşmasına alternativ axtarır


Miqrantların Avropaya axınının durdurulması ilə bağlı Türkiyə ilə əldə olunmuş razılaşmanın iflasa uğrayacağından qorxan Avropa İttifaqı sazişə alternativ axtarışındadır.

Musavat.com xəbər verir ki, bu barədə "Bild" qəzeti yazıb.

Qəzetin məlumatına görə, Aİ Ankaranın Avropaya axışan qaçqınların qarşısını almaq üzrə siyasətini effektiv şəkildə həyata keçirməyəcəyi halda eyni məqsədlə Yunanıstana maliyyə dəstəyini artırmağı nəzərdən keçirir.

Bu plana əsasən, Yunanıstanda miqrantların qeydiyyatı üzrə qəbul mərkəzləri yaradılacaq, ölkənin adaları ilə materik hissəsi arasında bərə nəqliyyatı dayandıralacaq, Aİ üzvü olan ölkələrdən qaçqın statusu almaq barədə xahişləri təmin edilməyən qaçqınlar isə doğma vətənlərinə deportasiya ediləcək.

Qeyd olunur ki, Türkiyənin baş naziri Ahmet Davudoğlunun istefası Türkiyənin Aİ ilə miqrasiya anlaşmasını təhdid altında qoyub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
862 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...