“Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib- Bankdan götürülən pul ələ keçirilib ÖZƏL
“Expressbank” ASC-nin Müşahidə Şurasının sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib. Əhəd Əliyev dələduzluqda təqsirləndirilən xalası oğlunun aldatdığı şəxsin bankdan kredit götürməsini asanlaşdıran göstəriş verib.
Musavat.com xəbər verir ki, 1974-cü il təvəllüdlü Şəmsi adlı şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinərək həbs edilib.
Şəmsi özünü hüquq-mühafizə və məhkəmə strukturlarında geniş tanışlıq əlaqələrinə malik olan şəxs kimi təqdim edərək Tamirlan Həsənova qarşı 210 min manatlıq dələduzluq edib.
Razılığa əsasən təqsirləndirilən Şəmsi adlı şəxs Tamirlan Həsənovun qardaşı ilə arasında olan mülk davasını onun xeyrinə həll edəcəkmiş. Şəmsi məhkəmədə, prokurorluqda Tamirlan Həsənovun xeyrinə qərarlar çıxartdıracağını vəd edərək ondan 210 min manat pul alıb.
Şəmsi bu iş üçün lazım olan pulu Tamirlan Həsənovdan tələb edən zaman sonuncunun evini bankda girov qoyublar.
Təqsirləndirilən Şəmsi bu işi asanlaşdırmaq üçün “Expressbank” ASC-nin Müşahidə Şurasının sədri olan xalası oğlu Əhəd Əliyevə müraciət edib. 2022-ci ildə Əhəd Əliyevin göstərişi ilə bankın “Əhmədli” filialından Tamirlan Həsənova mənzilini girov qoymaq şərti ilə 178 min manat kredit ayrılıb. Tamirlan Həsənovun mənzili başqa bankda kreditdə olduğu halda bir neçə gün ərzində sənədləşmə işləri tamamlanıb və qeyd edilən məbləğ ayrılıb.
Zərərçəkmiş Tamirlan Həsənov bnkın sədri olan Əhəd Əliyevin göstərişi ilə ayrılan krediti də Şəmsiyə verib. Şəmsi aldığı pulları da ələ keçirib.
Bununla da Tamirlan Həsənova ümumilikdə 210 min manat zərər vurub.
Təqsirləndirilən Şəmsi 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Əhəd Əliyev 2019-cu ildən bankın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. Bundan əvvəl isə “Azenco Group” MMC-nin Müşahidə Şurasının sədri olub.
Əhəd Əliyev bir müddət əvvəl “Expressbank”dakı vəzifəsindən ayrılıb. Onu Mehman Məmmədov əvəz edib.
44 dəfə oxundu