Vüqar Namazov nəyi düz etmir? - “Unibank“a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb

Vüqar Namazov nəyi düz etmir? -
"Unibank”a aid şirkətin biznes itkiləri 243 milyon manatı ötüb

Valyuta.az xəbər verir ki, söhbət "Unicapital İnvestisiya Şirkəti"ndən gedir.

Belə ki, investisiya şirkətinin bu ilin yanvar-aprel aylarında Bakı Fond Birjasında apardığı əməliyyatların həcmi 2249 əqd üzrə 867,9 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 22% və ya 243,1 milyon manat azdır. Halbuki, şirkətin 2024-cü ilin eyni dövründə daxili birja dövriyyəsi 1480 əqd üzrə 1 milyard 111 milyon manata bərabər olmuşdu.

"Unicapital”ı dövriyyəsinin bir əqd üzrə orta dəyəri 385,9 min manat təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisə edildikdə 48,6% azalma deməkdir.

İnvestisiya şirkətinin portfelinin əsas hissəsini əsasən repo əməliyyatları və korporativ istiqrazlar təşkil edib. Belə ki, bu dövrdə şirkətin dövriyyəsinin 278 milyon manatı korporativ istiqrazların, 601 milyon manatı repo əməliyyatlarının payına düşüb. Portfeldə dövlət istiqrazlarının payı 180,9 milyon manat, AMB-nin notları 50,9 milyon manat, səhmlər isə 220 min manat təşkil edib.

Xatırladaq ki, "Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb və "Unibank”ın törəmə şirkətidir. Şirkətin qanuni təmsilçisi isə Vüqar Namazovdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...