"Laser Beauty Clinic" nazirliyin qərarına əməl etmir: Fəaliyyəti davam edir

"Laser Beauty Clinic" nazirliyin qərarına əməl etmir:
Xəbər verdiyimiz kimi, "Laser Beauty Clinic"in filialının lisenziya əlavəsi dayandırılıb. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı yoxlamalar nəticəsində "Laser Beauty Clinic”in filiallarından birində (Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi) nöqsanlar aşkar edilib və klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət daxil olub.

Məlumata görə, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün "Laser Beauty Clinic”in həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilə dayandırılıb, hazırda fəaliyyəti dayandırılmış filiala martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirliyin qərarına baxmayaraq, "Laser Beauty Clinic" klinikasının İsmayılbəy Qutqaşınlı küçəsindəki filialı fəaliyyətini davam etdirir. Belə ki, filialda kosmetoloji prosedurlar həyata keçirilir.

Bunu dəqiqləşdirmək üçün klinikanın saytında yerləşdirilən telefon nömrəsinə zəng etdik. Bildirildi ki, filial həqiqətən fəaliyyət göstərir. O da qeyd edildi ki, klinika hazırda pasiyent qəbulunu davam etdirir.

Göründüyü kimi, "Laser Beauty Clinic" Səhiyyə və İqtisadiyyat nazirliklərinin qərarlarının əməl etməyərək, öz fəaliyyətini davam etdirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
59 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...