Qəza ilə bağlı ilkin hesabat nə zaman dərc olunacaq?

Qəza ilə bağlı ilkin hesabat nə zaman dərc olunacaq?
Aktau yaxınlığında “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin hesabat yanvarın sonunadək ictimaiyyətə açıqlanacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, yekun nəticələrin 2025-ci ildə hazırlanması planlaşdırılır:
“Qəza ilə bağlı araşdırma beynəlxalq ekspertlərin iştirakı ilə davam edir. Qazaxıstan Respublikası qanunvericiliyinin tələblərinə və ICAO-nun 13 saylı Əlavəsinə uyğun olaraq ilkin hesabat hadisənin baş verdiyi tarixdən 30 gün sonra dərc olunacaq. Komissiya araşdırmanı 12 ay ərzində başa çatdırmağı planlaşdırır”.
Nazirlik əlavə edib ki, istintaqın maksimum müddəti 36 ay (üç il) ola bilər. Bununla belə, ekspertlər hesab edir ki, təhqiqat qəzanın səbəblərini 12 ay ərzində, yəni 2025-ci ilin sonuna kimi müəyyən edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
111 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...