Qlobal ərzaq qiymətləri bahalaşdı - 2023-cü ilin aprelindən bəri ən yüksək səviyyə
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının(FAO) hesablamalarına əsasən, noyabrda dünya ərzaq qiymətləri oktyabr ayı ilə müqayisədə 0,5 faiz artıb. Qlobal ərzaq indeksi 127,5 bənd təşkil edərək 2023-cü ilin aprelindən bəri ən yüksək səviyyəyə çatıb.
2023-cü ilin noyabr ayı ilə müqayisədə ərzaq qiymətləri 5,7 faiz bahalaşsa da, 2022-ci ilin mart zirvəsindən 20,4 faiz aşağı olub.
Noyabrda taxıl qiymətləri indeksi illik ifadədə 8 faiz azalıb. Lakin qlobal buğda qiymətləri Cənubi Yarımkürədə taxıl tədarükünün artması və bəzi əsas Şimal Yarımkürə ixracatçılarında qış məhsulu şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq oktyabr ayı ilə müqayisədə artıb. Cənubi Amerikada əlverişli hava şəraiti, Ukraynadan tədarükə tələbatın azalması, eləcə də bir sıra digər mövsümi amillər fonunda qarğıdalı qiymətləri sabit qalıb.
Arpa, sorqo və düyünün qiyməti bir qədər ucuzlaşıb.
Bitki yağı qiymətləri indeksi noyabrda oktyabr ayı ilə müqayisədə 7,5 faiz artaraq 2022-ci ilin iyul ayından bəri ən yüksək səviyyəyə çatıb. Hesabata görə, bu artım palma, kolza, soya və günəbaxan yağlarının bahalaşması ilə əlaqədar olub.
Noyabrda süd məhsullarının qiymət indeksi oktyabr ayı ilə müqayisədə 0,6 faiz, illik ifadədə isə 20,1 faiz artıb. Toz südün, xüsusilə də tam südün qiymətləri ən çox artıb ki, bu da qlobal tələbatın bərpası və Qərbi Avropa ölkələrində süd istehsalının mövsümi azalması ilə əlaqədardır.
Dünya bazarında kərə yağının qiyməti 14-cü aydır ki, bahalaşır.
Noyabrda ətin qiymət indeksi yenidən işlənmiş oktyabr göstəricisi ilə müqayisədə 0,8 faiz azalsa da, illik ifadədə 5,9 faiz yüksək olub. Aylıq azalma əsasən beşinci aydır davam edən qlobal donuz əti qiymətlərinin düşməsi ilə bağlı olub.
Məzənnə dinamikasının təsiri ilə quzu ətinin qiyməti bir qədər də ucuzlaşıb. Qabaqcıl istehsalçı rayonlardan böyük həcmdə ixrac tədarükü səbəbindən quş əti ucuzlaşıb. Qlobal mal əti qiymətləri ümumilikdə sabit qalıb.
Şəkər qiymətləri indeksi iki aylıq artımdan sonra noyabrda oktyabr ayı ilə müqayisədə 2,4 faiz azalıb. Nəticədə onun dəyəri bir il əvvəl ilə müqayisədə 21,7 faiz az olub. İcmalda qeyd olunub ki, azalma Hindistan və Taylandda emal mövsümünün başlaması, habelə Braziliyada gələn ilin məhsulu ilə bağlı narahatlıqların azaldılması ilə bağlı olub.
181 dəfə oxundu