Bakı metrosunda daha bir bədbəxt hadisə - Qatarlar 24 dəqiqə gecikdi

Bakı metrosunda daha bir bədbəxt hadisə -

Bu gün 19:00 radələrində “Ulduz” stansiyasında sərnişin stansiya yoluna düşüb.

Bu barədə “Qafqazinfo”ya Bakı Metropolitenindən bildirilib.

Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz təcili tibbi yardım xidməti dəvət olunub. Sərnişin stansiya yolundan çıxarılıb. Təmas relsinə yüksək gərginlik verilib, qatar yola salınıb.

Qeyd olunub ki, hadisə ilə bağlı intervaldan əlavə 24 dəqiqə yubanma yaranıb.

Xatırladaq ki, bu gün metronun “28 May” stansiyasında da təxminən 50-55 yaşlarında kişi sərnişin stansiya yoluna düşüb. Sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilsə də, o, vəfat edib. Hadisəyə görə metroda qatarların hərəkətində 17 dəqiqə yubanma olmuşdu.

***

“Bakı Metropoliteni”ndən bildirilib ki, qatar yoluna düşən sərnişin təcili və təxirəsalınmaz tibbi briqada tərəfindən xəstəxanaya təxliyə edilib. Xətlər üzrə intervallar bərpa olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
205 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...