Azərbaycanda pensiyaçıların sayı ildən-ilə azalır - Rəsmi

Azərbaycanda pensiyaçıların sayı ildən-ilə azalır -
Cari ilin məlumatlarına görə, Azərbaycanda pensiya alan şəxslərin sayı 1 milyon 95 min 958 nəfər olub.

Valyuta.az rəsmi mənbələrə istinadən xəbər verir ki, bu, ötən illə müqayisədə 18 min 269 nəfər azdır. Ötən il Azərbaycanda pensiyaçıların sayı 1 milyon 114 min 227 nəfər olub.

Bununla yanaşı, son beş ildə pensiyaçıların sayı 174 min 601 nəfər, son on ildə isə 194 min 924 nəfər azalıb. Həmçinin bu il yaşa görə pensiya alanların sayı 701 min 637 məfər, əlilliyə görə pensiya alanların sayı 258 min 101 nəfər, ailə başçısını itirməyə görə pensiya alanların sayı 136 min 220 nəfər olub.

Azərbaycanda son beş ildə pensiyaçıların sayı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

2020 2021 2022 2023 2024
Pensiyaçıların sayı - cəmi 1270559 1228829 1200475 1114227 1095958
o cümlədən:
yaşa görə 742034 716222 707001 696266 701637
əlilliyə görə 383993 373809 347298 273153 258101
ailə başçısını itirməyə görə 144532 138798 146176 144808 136220
Valyuta.az
Rəsmi məlumatlara görə, pensiyaçıların sayının azalması sosial pensiyaların sosial müavinətlərlə əvəz edilməsi ilə əlaqədardır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
57 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...