Bu şəxslər üçün geniş haqlarında güzəştlər nə vaxt olacaq?

Bu şəxslər üçün geniş haqlarında güzəştlər nə vaxt olacaq?
Böyüklər də, uşaqlar da eyni gedişi ödəyirlər. Bu, düzgün bir mexanizm deyil. Heç bir güzəşt olmadıqda valideynlər övladlarını şəxsi avtomobillərlə aparmağa üsütünlük verirlər. Hələlik, qanunla müəyyən edilmiş standart belədir.

Bu sözləri Axar.az-a nəqliyyat üzrə ekspert Elməddin Muradlı nəqliyyat vasitələrindən istifadə zamanı azyaşlılarla böyüklərin gediş haqqının eyni olmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, ictimai nəqliyyatın inkişafı ilə bağlı proses başa çatan kimi bu məsələni gündəmə gətirmək lazımdır:

“Gələcəkdə tələbələrə, təqaüdçülərə və digər kateqoriyadan olan insanlara ictimai nəqliyyatda güzəştlər nəzərdə tutulub. Bununla bağlı müzakirələr gedir. İndi kart sisteminin tətbiqi bir az çətinliklər yaradır. Çünki bütün avtobuslar kart siteminə keçmədiyinə görə, “kimə güzəşt edilməlidir” sualının cavabını tapmaq çətindir. Hesab edirəm ki, Azərbaycanda kart sistemi tam tətbiq edildikdən sonra bu barədə düşünmək lazımdır. Çünki insanları ictimai nəqliyyata həvəsləndirmək, stimullaşdırmaq üçün müəyyən güzəştlər vacibdir. Bu güzəştlər nə qədər çox olarsa, ictimai nəqliyyata axın da o qədər çox olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
188 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...