Regionun ən bahalı pullu yolu Azərbaycandadır – Tariflər

Regionun ən bahalı pullu yolu Azərbaycandadır –
Məlum olduğu kimi, Tarif Şurasının 17 oktyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan tarixində ilk dəfə olaraq ödənişli avtomobil yolu üçün tariflər müəyyən edilib.
Yeniavaz.com xəbər verir ki, Tarif Şurası minik avtomobilləri və icazə verilən maksimum kütləsi 3,5 tona (3,5 ton daxil) qədər olan yük avtonəqliyyat vasitələri üçün hər kilometrə görə 9,3 qəpik tarif müəyyən edib. Yəni Azərbaycanda ödənişli yoldan istifadə edən minik avtomobili sahibləri hər kilometr üçün 9,3 qəpik ödəyirlər.
Onu da qeyd edək ki, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ödənişli yollardan istifadəni tətbiq edən ilk ölkədir. Digər 2 Cənubi Qafqaz ölkəsində - Gürcüstan və Ermənistanda ödənişli yollar mövcud deyil.
Pullu yolların mövcud olduğu digər 2 qonşudan birində - Türkiyədə tariflər Azərbaycanla müqayisədə aşağıdır. Türkiyədə ödənişli avtomobil yolu üçün tariflər sonuncu dəfə ötən ayın 16-da qəbul edilib. Həmin qərara görə Türkiyənin paytaxtı Ankardan Niğdə şəhərinə qədər olan 275 km-lik məsafə üçün 410 lirə yol haqqı alınır. Bu isə o deməkdir ki, minik avtomobilləri üçün hər kilometrə görə 1,5 lirə (7,7 qəpik) qəpik tarif müəyyən edilib.
Şimal qonşumuz Rusiyada isə tariflər Azərbaycanla eyni səviyyədədir. Rusiyada ödənişli avtomobil yolu üçün tariflər sonuncu dəfə ötən ilin fevral ayının 18-də qəbul edilib. Həmin qərara görə Rusiyada minik avtomobilləri üçün hər kilometə görə 5 rubl (9,3 qəpik) qəpik tarif müəyyən edilb.
Bunlardan başqa keçmiş SSRİ ölklərindən olan Ukraynada da ödənişli yollar mövcud deyil. Moldova və Belarusda isə fərqli tarif sistemi tətbiq olunur. Bu ölkələrdə ödənişli yollar üçün tariflər təkcə gedilən məsafəyə görə deyil, həm də vaxta əsasən müəyyən olunur. Məsələn, Moldovada ödənişli yollardan 15 gün istifadə etməyin haqqı 8 avro (15 manat) təşkil edir. Yəni, Moldovada 1 manat ödəyərək 1 gün ərzində ödənişli yollardan istifadə etmək mümkündür. Belarusda isə ödənişli yollardan 15 gün istifadə etməyin haqqı 18 avro (30 manat) təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
231 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...