Azərbaycan əhalisinin 4,6 faizi Naxçıvanda məskunlaşıb – Siyahı

Azərbaycan əhalisinin 4,6 faizi Naxçıvanda məskunlaşıb –
İlin əvvəlindən ölkə əhalisinin sayı 19 min 243 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il iyul ayının 1-i vəziyyətinə 10 milyon 200 min 13 nəfərə çatıb.

Gundemifo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

“Cari ilin iyul ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23,0 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,7 faizi Qazax-Tovuz, 6,2 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 2,9 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşıb”, - Komitənin məlumatında deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
181 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...