Zob xəstəliyi olanlar əsgərliyə aparılmır? - AÇIQLAMA

Zob xəstəliyi olanlar əsgərliyə aparılmır? -
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti zob xəstəliyi olanların hərbi xidmətə yararlı olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib.

Modern.az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilir ki, qalxanabənzər vəzin 1 sm-dən kiçik və tam sistik düyünləri aşkar edildikdə və hormonal funksiya pozulma olmadığı halda hərbi xidmətə yararlı hesab edilir və hərbi tədris müəssisələrinə daxil olmağa mane olmur.

Bundan əlavə olaraq, I və II dərəcəli eutireoid zob olanlar hərbi xidmətə yararlı sayılır. Eutireoid zob diaqnozu ultrasəs müayinəsi ilə təsdiq olunmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
277 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...