Xilaskar polis DİN-in nəzarətinə götürüldü

Xilaskar polis DİN-in nəzarətinə götürüldü

Yanmış binadan 4 nəfəri xilas edən polis Daxili İşlər Nazirliyinin hospitalına köçürülüb. Bu barədə Axar.az-a Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasından bildirilib. Xəstəxanadan verilən məlumata görə, yanğın baş verən binadan 4 nəfəri xilas edən polis əməkdaşı Şahin Qocayevin vəziyyəti yaxşılaşır. Polis əməkdaşı müalicəsini davam etdirmək üçün Daxili İşlər Nazirliyinin hospitalına köçürülüb: “Polis əməkdaşı hazırda orada müalicəsini davam etdirir. Xəstəxanadan çıxarılan zaman vəziyyəti normal olduğu üçün DİN-in hospitalına köçürülməsinə icazə verilib”.

Qeyd edək ki, dünən Bakının Binəqədi rayonunda, Azadlıq prospektindəki 16-mərtəbəli yaşayış binasında baş vermiş güclü yanğın zamanı Çevik Polis Alayının 2-ci Patrul Bölüyünün əməkdaşı Qocayev Şahin Alı oğlu vəzifəsinin icrası zamanı şücaət göstərərək 3 nəfəri xilas edib. 4-cü sakini, Azərbaycan Texniki Universitetinin 2-ci kurs tələbəsi Ülvi Sadıqovu binanın 7-ci mərtəbəsindən binanın blokuna qədər çiynində gətirib. Hər ikisi bloka çatan zaman tüstüdən zəhərləndikləri üçün huşlarını itiriblər. Bu səbəbdən polis əməkdaşı Şahin Qocayev və son anda xilas etdiyi tələbə Ülvi Sadıqov 6 saylı Birləşmiş şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdilər. Xatırladaq ki, mayın 19-da Bakının Binəqədi rayonunda, Azadlıq prospektindəki 16-mərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı ölənlərin sayı 15, xəsarət alanlar isə 50 nəfərdir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1575 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...