Hadı Rəcəblinin bacısı oğlu deputatlığa namizəd oldu
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb.
Publika.az xəbər verir ki, artıq 77 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyası Fariz İsmayılzadənin namizədliyini təsdiqləyib.
Fariz İsmayılzadə sabiq deputat Hadı Rəcəblinin bacısı oğludur. turbo az mercedes
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) həmin dairədən namizədi Əlimərdan Ələkbər oğlu Əliyevdir. VI çağırış Milli Məclisdə 77 saylı Lənkəran şəhər seçki dairəsinin deputatı Rüfət Quliyev olub. O, budəfəki seçkilərdə iştirak etməyəcək.
Qeyd edək ki, Fariz İsmayılzadə 2000-2002-ci illərdə Vaşinqton Universitetində magistr təhsili alıb. 2013-2015-ci illərdə İspaniyanın Madrid şəhərində yerləşən Beynəlxalq Biznes Məktəbində Qlobal Menecment ixtisası üzrə magistraturada oxuyub. Hollandiyanın nüfuzlu Maastrix Menecment Məktəbinin Beynəlxalq Biznes ixtisası üzrə doktorantıdır.
Fariz İsmayılzadə 2016-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü təyin edilib. Hazırda ADA Universitetinin dövlət, xarici və tələbə işləri üzrə prorektoru vəzifəsində çalışır.
487 dəfə oxundu