Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer - Video

Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer -
"Baku TV"də yayımlanan "Kəndinə qayıt” verilişinin yeni buraxılışı efirə gedib.

Qaynarinfo Verilişin budəfəki sayında tarixi abidələrlə zəngin olan Şabran rayonuna səyahət edilib.

Əvvəlcə rayonun Pirəbədil kəndi ziyarət olunub. Kəndin ərazisində 160 il əvvəl inşa olunan Pirəbədil Tarix Muzeyi yerləşir. Bu bina 2013-cü ilədək Qəzənfər Musabəyovun ev-muzeyi kimi fəaliyyət göstərib.

Bura özündə həm böyük bir tarix, həm də orada böyüyüb boya-başa çatan ziyalı insanların xatirələri ilə zəngindir. Hətta 1903-cü ildə təmir olunan eyvan da indiyə qədər necə var, elə də qalıb.

Daha sonra rayon mərkəzindən 35 km aralıda yerləşən Zeyvə kəndi ziyarət olunub. Araşdırmalara görə, bu kəndin yaşı 6-7-ci əsrlərə gedib çıxır. Adının mənası "künc”, "bucaq”, "guşə” kimi yozulur. Əhalisi tatlardan ibarətdir. Rəsmi məlumata görə isə kənddə cəmi 350 ev var.

Verilişin aparıcısı ən sonda Zeyvə yaxınlığında yerləşən, həm yayda, həm də qış aylarında əsrarəngiz gözəlliyi ilə təbiətsevərləri özünə cəlb edən məşhur Əmbil gölünə gedib və burada çadır quraraq balıq tutub.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
328 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...