Qızılca daha bir gəncin ölümünə səbəb oldu – Azərbaycan dünyada birincidir

Qızılca daha bir gəncin ölümünə səbəb oldu –
Hacıqabulda qızılcaya yoluxan gənc Bakıya xəstəxanaya aparılarkən yolda keçinib.

Gundeminfo.az Report-a istinadən xəbər verir ki, gecə saat 03:50 radələrində rayonun II Udullu kənd sakini, 2007-ci il təvəllüdlü Qarayeva Ayişə Eyvaz qızı yüksək hərarətlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Vəziyyəti ağır olduğundan o, təcili yardım briqadası tərəfindən Bakıya aparılıb. Lakin Qaradağ rayonu ərazisində qız yolda keçinib.
Onun qızılcadan öldüyü bildirilir.
Qeyd edək ki, ötən həftə Barselonada keçirilən beynəlxalq konqresdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Patrik Konner deyib ki, 2023-cü ildə dünyada 321 582, 2024-cü ildə isə 94 000 qızılcaya yoluxma halı qeyd alınıb.
ÜST nümayəndəsi qeyd edib ki, dünyada ən yüksək yoluxma göstəriciləri Azərbaycan, Qırğızıstan və Yəməndə qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
308 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...