Təlimdə həlak olan əsgərimizə şəhid statusu veriləcək?

Təlimdə həlak olan əsgərimizə şəhid statusu veriləcək?
Ötən gün təlim atışları zamanı həyatını itirən Azərbaycan Ordusunun 19 yaşlı əsgəri Saleh Kamal oğlu Xələfova şəhid statusu veriləcək.

Gundeminfo.az xəbər verir ki, bu barədə Bizim.Media Quba rayon İcra Hakimiyyətindən məlumat əldə edib.

Bildirilib ki, S. Xələfovun cənazəsi bu gün doğulduğu Quba rayonuna gətiriləcək. Əsgərin cənazəsi Quba şəhərinin girəcəyində qarşılanmadan sonra ailəsinə təhvil veriləcək.

Daha sonra əsgər Saleh Xələfov Quba Şəhidlər xiyabanında torpağa tapşırılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
405 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...