AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı?

  AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı?
Xəbər verdiyimiz kimi, hüquq-mühafizə orqanları tərəfindən həbs edilmiş Qarabağdakı keçmiş separatçı rejimin prezidenti olmuş Arayik Arutyunyan Azərbaycan Televiziyasına (AzTV) müsahibə verib. Lakin martın 28-də yayımlanacağı bildirilən müsahibə ötən gün AzTV-nin efirində getməyib.
Gundeminfo.az xəbər verir ki, telekanalın mətbuat katibi Rüfət Seyidov bu barədə Modern.az-a açıqlama verib.
O bildirib ki, əvvəlcə sözügedən müsahibənin martın 28-də yayımlanacağı anons edilsə də, sonradan həmin məlumat AzTV-nin sosial şəbəkə hesablarından silinib:
“Müsahibənin efirə getməsi tək bizdən asılı məsələ deyil. “Müsahibənin indi verilməsi nə qədər doğrudur” sualı ilə üzləşmişdik. Dünən biz müsahibənin axşam yayımlanacağı ilə bağlı anons da vermədik. Doğrudur, martın əvvəlində anons yaymışdıq. Daha sonra gördük ki, müsahibənin verilməsi ilə bağlı bəzi dəqiqləşmələrə ehtiyac var. Ona görə də həmin anonsları bütün sosial şəbəkə hesablarımızdan sildik ki, tamaşaçılarda çaşqınlıq yaranmasın”.
Rüfət Seyidov müsahibənin efirə veriləcəyini deyib:
“Müsahibə mütləq gedəcək. Lakin vaxt məlum deyil. Zaman bəlli olan kimi, müsahibənin gedəcəyi gün barədə məlumat verəcəyik”.
Xatırladaq ki, Arayik Arutyunyan 2023-cü il oktyabrın 3-də həbs edilərək Bakıya gətirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
407 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...