saxta lotoreyalara inan azərbaycanlılar - 13 min vətəndaşın bank kartı ələ keçirilib

saxta lotoreyalara inan azərbaycanlılar  -
Azərbaycanda son iki ay ərzində kiberdələduzlar tərəfindən ələ keçirilən 13000-ə yaxın vətəndaşa məxsus müxtəlif bankların kart məlumatlarının bazası aşkar edilib.

Gundeminfo.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) AZƏRTAC-a verilən məlumata görə, əldə olunmuş məlumatlar zərərçəkmiş vətəndaşların məlumatlandırılması məqsədilə aidiyyəti üzrə təqdim olunacaq.

“Vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq dəqiqləşdirməyi tövsiyə edirik. Həmçinin bu hallarla qarşılaşan vətəndaşlardan “1654” qaynar xətti və ya [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur”, - deyə ETX-nin məlumatında bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
424 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...