Mövlam Şıxəliyevə həbsxanada komfort şərait yaradılıb?
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevə həbsxanada komfort şərait yaradılıb. Qaynarinfo xəbər verir ki, bu iddia Mövlam Şıxəliyevin cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərə məxsusdur.
Konkret olaraq zərərçəkmişlərdən Hüseyn Səfərov ədliyyə naziri Fərid Əhmədova ünvanladığı müraciətdə Mövlam Şıxəliyevə cəza çəkdiyi 9 saylı müəssisədə görünməmiş dərəcədə sərbəstlik verilib. "Orada müəssisə rəhbərliyi tərəfindən Mövlam Şıxəliyevlə onun dəstə üzvlərinə xüsusi komfortlu şərait yaradılıb. Mövlam Şıxəliyev və başının dəstəsi 9 saylı Çəzaçəkmə Müəssisəsində ayrıca kotecdə yaşayır, istədikəri vaxt istədikləri şəxslərlə əlaqə yaradır, telefonla limitsiz danışır, istədikləri şəxslərlə qeyri-rəsmi görüşür, bir sözlə, rahat həyatlarını yaşayırlar. Cəzaçəkmə Müəssisəsini öz rahat həyatlarına uyğunlaşdırıblar", deyə Hüseyn Səfərov nazirə müraciətində qeyd edib.
Qaynarinfo məsələ ilə əlaqədar Penitensiar Xidmətlə əlaqə saxlayıb. Qurumdan bildirlib ki, bu iddianın heç bir əsası yoxdur:
"İstinad etdiyiniz müraciətdə qeyd olunanların heç bir əsası yoxdur. Cəzaçəkmə müəssisəsində bütün məhkumlar üçün rejimə uyğun bərabər saxlanma şəraiti təmin olunur".
Mövlam Şıxəliyev Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə mühakimə edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona 12 il azadlıqdan məhrumetmə cəzası verilib.
408 dəfə oxundu