Maaş və pensiayalar yenidən artacaq? - Nazirlikdən rəsmi cavab

Maaş və pensiayalar yenidən artacaq? -

Azərbaycanda maaş, pensiya və müavinətlərin yenidən artırılacağı ilə bağlı müzakirələr başlayıb. Sosial mediada gedən müzakirələrə həm vəzifəli şəxslər, həm də iqtisadçılar tərəfindən münasibət gəlib.

Maaş və pensiyaların artırılmasına əsas kimi neft və qaz satışından əldə olunacaq əlavə gəlirlər göstərilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi yutub səhifəsinə "Maaş və pensiyalara yenidən baxıla bilər" başlıqlı video da yerləşdirilib. Nazirliyə məxsus platformaya bu məzmunda videonun yerləşdirilməsi mövzunu daha da gündəmə gətirib.

Qeyd edək ki, ARB kanalında yayımlanan "Günə doğru" verilişində deputat Vahid Əhmədovdan sitat gətirilir ki, inflyasiya proqnozlaşdırılan 5 faizdən yüksək olacaqsa, maaş, pensiya və müavinətlərə yenidən baxılmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
478 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...