İş adamı Azərbaycandan köçür, Qəbələdəki hotelini satışa çıxardı

İş adamı Azərbaycandan köçür,

Qəbələdə daha bir məşhur hotel satışa çıxarılıb. Gundeminfo.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, satılan obyekt şəhərdə fəaliyyət göstərən Fortuna Butik Hoteldir.

25 sot ərazinin içərisində inşa olunan hotelin sahəsi 1400 kvadrat metrdir. Obyekt 2 200 000 manata təklif olunur.

Hotelin satılmasının səbəbi isə adı açıqlanmayan sahibinin ölkədən köçməsi ilə əlaqədadır.

Hotel 2018-ci ildə istismara verilib.

Xatırladaq ki, bundan əvvəl Qəbələ rayonunun Vəndam qəsəbəsində tikintisi dayandırılan daha bir hotel kompleksli istirahət mərkəzi də satışa çıxarılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
489 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...