Mübariz Mənsimov Azərbaycana yenidən yatırım ayırır

Mübariz Mənsimov Azərbaycana yenidən yatırım ayırır
"Xəzər-Lənkəran" stadionu iş adamı, "Palmali Holding" şirkətinin rəhbəri Mübariz Mənsimovun dəstəyi ilə martdan təmirə bağlanacaq. Bu barədə anews.az-a açıqlamasında "Palmali Holding" şirkətinin mətbuat katibi Fidan Quliyeva bildirib.

"Martdan təmirə bağlacaq. Bununla bağlı artıq Bakı ofisinə tapşırıq verilib. Hazırda büdcə məsələləri müzakirə olunur. ", - Quliyeva söyləyib.

Şirkətin sözçüsü bildirib ki, stadion təmir olunduqdan sonra yenidən "Xəzər-Lənkəran" klubunun yığılması müzakirə oluna bilər.

Bundan əvvəl stadionun təmir olunması ilə bağlı məlumatı "Xəzər-Lənkəran" klubunun sabiq mətbuat katibi Hüseyn Cəbrayıloğlu paylaşıb.

"Xəzər-Lənkəran" klubu 2004-cü il türkiyəli iş adamı Mübariz Mənsimovun təşəbbüsü ilə yaradılıb. Komanda2016-ci il Azərbaycan çempionatlarında iştirakını dayandırması ilə bağlı qərar qəbul edir və fəalliyətini dayandırır.

Qeyd edək ki, uzun müddət idi ki, Mübariz Mənsimovun şirkətləri Azərbaycanda fəaliyyətini dayandırmışdı Gundeminfo.az xatırladır ki, Mənsimova məxsus şirkətlərlə yanaşı, Bakı ofisi də fəaliyyətini dayadırmışdı Eyni zamanda "Xəzər Lənkəran" futbol klubu və klubun stadioa nu da bağlanmışdı. [ /size]


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
265 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...