Azərbaycanda böyük dəyişikliklər gözlənilir: Nələr ola bilər?

Azərbaycanda böyük dəyişikliklər gözlənilir:
"Nazirlər Kabineti buraxılacaq və yeni kabinet formalaşacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert bildirib ki, ciddi kadr dəyişikliklərini də görə bilərik:

"İndiki iqtisadi-sosial problemlərin kökü idarəetmə sisteminin özünə bağlıdır. İdarəetmə sisteminin özündə, qanunvericilikdə ciddi dəyişikliklərə ehtiyac var. Biz nazirlərin, icra başçılarının dəyişməsini gördük, amma bunun ciddi bir dəyişikliklərə gətirmədiyinin də şahidi olduq. Buradan aydın olur ki, problem tək adlarda və isimlərdə deyil, düzdür kadrlar da vacibdir. Kadrların dəyişməsi sistemin dəyişməsi üçün yetərli deyil".

Natiq Cəfərli hesab edir ki, sistem və oyun qaydalarının, qanunlarının, gömrük məcəlləsinin dəyişilməsinə ehtiyac var:

"Yaxın zamanlarda böyük dəyişikliklərə səbəb olacaq bir konistutsiya islahatları, yəni referendum elan oluna bilər. Fundamental problemlərin həlli konstutsion islahatlarla bağlaya bilər. Burada yerli özünüidarəetmə institutlarının gücləndirilməsi, mer seçkilərinin keçirilməsi, icra hakimiyyətlərinin ləvğ edilməsi mümkündür. Parlamentin səlahiyyət və məsuliyyətinin artırılmasına ehtiyac var. Bunun üçün proporsional seçkiyə keçid çox yaxşı olar. Əgər biz sosial-iqtisadi problemlərin həllini istəyiriksə idarəetmənin ayaqları düzəlməlidir, yeni oyun qaydalarının gətirilməsinə ehtiyac var. Bu da konstitusion islahatlarla mümkündür".

Natiq Cəfərli bildirib ki, ölkədə parlament seçkiləri keçiriləcək:

"Bu seçki yeni çağırışlara cavab verəcək, problemlərin həllində önə çıxa biləcək bir hadisəyə çevrilə bilər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
276 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...