7 milyarder Rusiya vətəndaşlığından imtina edib - SİYAHI

7 milyarder Rusiya vətəndaşlığından imtina edib -
Əlişir Usmanovun keçmiş ortağı, "Trastconsalt" və "Coalco Internationa"l şirkətlərinin təsisçisi, milyarder Vasili Anisimov Ukraynada xüsusi əməliyyat başlayandan sonra Rusiya vətəndaşlığından imtina edən yeddinci milyarder oldu.

"Forbes" xəbər verir ki, iş adamı hələ 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edib. O, hazırda Dominika və Xorvatiya vətəndaşıdır.

Anisimov 2003-cü ilin oktyabrında Xorvatiya pasportu alıb. Bunun üçün o, ölkədəki daşınmaz əmlaka ümumilikdə 11 milyon dollar sərmayə qoymalı olub.

"Forbes”in məlumatına görə, Rusiya vətəndaşlığından imtina etdikdən sonra Anisimov Rusiyaya "Bolşoye Domodedovo” MMC-nin dəvəti ilə aldığı iş vizası ilə daxil olur.

İş adamı "Forbes"ə açıqlamasında deyib ki, Rusiyada artıq heç bir aktivi yoxdur.

"Forbes" onun varidatını 1,6 mlrd dollar həcmində dəyərləndirir.

Nəşrin yazdığına görə, bir çox iş adamları, xüsusən də milyarderlər Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlardan sonra Rusiya vətəndaşlığından imtina ediblər. Son iki ildə milyarderlər Timur Turlov, Ruben Vardanyan, Yuri Milner, Nikolay Storonski, Oleq Tinkov, İqor Makarov Rusiya vətəndaşlığından imtina edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
258 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...