Bakının 6 rayonunda genişmiqyaslı söküntü planlaşdırılır - prosesə hazırlıq gedir (VİDEO)

Bakının 6 rayonunda genişmiqyaslı söküntü planlaşdırılır -
Bakıda bu il ilkin mərhələdə 65 binanın sökülməsi planlaşdırılır.

Bunun üçün aidiyyəti qurumlarla birgə işçi qrupu yaradılıb.

Siyahıya alınan 130 binadan 65-i ilə bağlı sənədlərin hazırlandığı və inventarlaşdırma işlərinin aparıldığı bildirilir.

Söküləcək binalardakı mənzillərin sayı, onların sahəsi və nə qədər sakinin yaşaması ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Söküntü işlərinin ilkin mərhələdə paytaxtın Binəqədi, Xətai, Nizami, Nəsimi, Sabunçu və Səbabil rayonlarında aparılacağı gözlənilir.

Mövzuya münasibət bildirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, əvvəlcə yaşayış üçün təhlükəli olan binalar söküləcək.

Ekspert bildirib ki, dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan yerlərdə söküntülər zamanı vətəndaşlara kompensasiya ödənilə bilər. Amma elə ərazilər də var ki, orada sakinlər tikinti şirkətləri tərəfindən yeni mənzillərlə təmin olunacaqlar.

Ekspert onu da əlavə edib ki, Bakının Baş planına uyğun layihələr qısa zamanda hazırlanarsa, söküntü işləri sürətlənəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
312 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...