Azərbaycanda qızılca nə vaxt bitəcək? - İnfeksionist müalicədə səhvləri açıqladı

Azərbaycanda qızılca nə vaxt bitəcək? -
Bu gün Azərbaycanda uşaqdan böyüyə hər kəsi bir sual düşündürür: qızılca nə vaxt bitəcək, biz nə vaxt rahat yaşayacağıq?

Vəziyyətin təhlili göstərir ki, hazırda yoluxma pikə doğru gedir və artıq xəstəxanalara yerləşdirilənlərin sayı artır. Hətta 60-70 yaşlılar da qızılca olur.

“Medicina” infeksionist Mərdan Əliyevdən bu barədə açıqlama alıb. Həkim vəziyyətin təxmini nə vaxt düzələcəyini açıqladı.

“Nə qədər böyük yaşlı insanlar yoluxsa da, əksər xəstələr uşaqlardır, böyüklər nadir halda qızılcanı keçirir. 100 uşaq yoluxursa, 3-5 böyük olur. Amma qızılcaya hər kəs yoluxa bilər, konkret qayda yoxdur.

Uşaqlar müəyyən yaşa qədər bu virusla üzləşir, yoluxur, immunitet əldə edir. Uşaqda 2 halda immunutet olur: ya peyvənd, ya da yoluxub sağalmaqla.

Ona görə 25-30 yaşdan yuxarılarda bu xəstəliyə qarşı immunitet olur.

Nəzərə alsaq ki, 60 yaşlı insanlar sovet dövründə ya peyvənd olunub, ya da sağalıblar, o yaşda xəstə çox az olur.

Qızılcada vəziyyət koviddəki kimi deyil. Qızılca çox güclü yoluxucudur, həssaslığı olan şəxs istər-istəməz yoluxacaq. İmmuniteti olanlar isə yoluxmayacaq. Bu xəstəlikdən maska və sosial məsafə ilə qorunmaq mümkün deyil.

Qızılcada pik nöqtəyə qısa müddətdə çatdığı üçün kovid kimi illərlə yox, qısa sürəcək, yəqin ki, bir neçə aya bitər”.

Həkim müalicə məsələsində valideynləri diqqətli olmağa çağırıb:

“Qızılcalı uşaqda səpkilər çıxandan sonra maksimum 1 günə qızdırma düşməlidir. Daha yüngül formada qızdırma 2 gün olur. Əgər uşaqda səpkilər çıxandan sonra da qızdırma 2-3 gün davam edirsə, demək burda ağırlaşma ehtimalı çoxdur. Bəzən valideynlər diqqətsiz olur, elə bilir ki, uşaq xəstədir deyə zəifdir, ya sadəcə yatıb. Tibbi savadı olmayan valideyn ağırlaşmanı bilməyəcək.

Qızdırmanın müalicəsi yoxdur. Sadəcə A, D vitamin, qızdırma salıcı və bol maye, çay verilir.

Əgər su içə bilmirsə,sistem oluna bilər. Qalan heç bir dərman, vitamin və sistem qarışımlarına ehtiyac yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
248 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...