AA seriyalı maşınla səkini zəbt edib yolu kəsən kimdir? - 99-AA-357 (FOTO)

AA seriyalı maşınla səkini zəbt edib yolu kəsən kimdir? -
Paytaxtın müxtəlif ərazilərində dayanma-durma qaydalarını pozan sürücülərə rast gələ bilərik. Hətta elə küçələr var ki, piyadalar üçün ayrılmış səkilər daim avtomobillərin parkinq zonasıdır. Belə ki, qayda pozan sürücülər nəqliyyat vasitələrini eyni ərazidə hər gün saxlayır, yaxud günlərlə, həftələrlə səkini zəbt edir.

Bakının Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınmış görüntü elə işıqlandırdığımız problemlə birbaşa bağlıdır.

Avtosfer.az-a müraciət edən izləyici bu ərazidə hər gün eyni vəziyyətlə qarşılaşdığını iddia edib. Onun sözlərinə görə, gün ərzində ən azı 3-4 avtomobil səkidə parklanır və piyadaların hərəkətinə çətinlik yaradır. Görüntüdən aydın olduğu kimi, 99-AA-357 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobil xəstəxananın önündəki səkidə park edilib. Nəticədə səkidən istifadə edən piyadalar məcbur qalaraq yola çıxıblar.

Məlumata görə, fotoşəkildəki maşın "Tornado” mühafizə şirkətinə məxsusdur. Bu avtomobilin müxtəlif qayda pozuntuları törətməsiylə bağlı mətbuatda xəbərlər dərc olunub.

Qeyd edək ki, "Tornado” mühafizə şirkətinin rəhbəri Səbuhi Abdullayevdir.

Xatırladaq ki, bu xətaya görə, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən sürücü 20 manat cərimə ödəmək məcburiyyətindədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
294 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...