Şimali Koreya Cənubi Koreya arasında gərginlik - reoketlər atıldı

Şimali Koreya Cənubi Koreya arasında gərginlik -
ABŞ müttəfiqi olan Cənubi Koreyanı qorumaq üçün bütün hərbi imkanlardan, o cümlədən nüvə silahından istifadə edəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin (Pentaqon) Hind-Sakit okean təhlükəsizlik məsələləri üzrə köməkçisi Eli Ratner Cənubi Koreya Müdafiə Nazirliyinin siyasi məsələlər üzrə müşaviri Ço Çanq Re ilə telefon danışığı zamanı bildirib.

Tərəflər Şimali Koreyanın Cənubi Koreya adalarına doğru artilleriya mərmiləri atmasını pisləyiblər.

Rəsmilər Şimali Koreyanın regionda sabitliyi poza biləcək hər hansı təxribat və təhdidlərə qəti şəkildə qarşı çıxacaqlarını bildiriblər.

ABŞ və Cənubi Koreya Müdafiə Nazirliyinin nümayəndələri həmçinin Yaponiya ilə təhlükəsizlik sahəsində üçtərəfli əməkdaşlığın dərinləşdirilməsinin davam etdirilməsinin vacibliyini müzakirə ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
278 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...