Nazirlik 5 milyon manata maşın və avadanlıq alır

Nazirlik 5 milyon manata maşın və avadanlıq alır
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin keçirdiyi tender müsabiqələrinin qalibləri - “Koneks Construction” MMC və “ST Mark” QSC olub.
Yeniavaz.com xəbər verir ki, İdarə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınmasına görə ümumilikdə 5 milyon 203 min 595 manat 65 qəpik ödəyəcək.
Belə ki, “Koneks Construction” MMC məktəbəqədər təhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınmasına görə 3 milyon 285 min 563 manat 21 qəpik,
“ST Mark” QSC isə ümumtəhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınmasına görə 1 milyon 918 min 32 min 44 qəpik alacaq.
Nizamnamə kapitalı 10 manat olan “Koneks Construction” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə, ev 39, mənzil 202-də yerləşir. Şirkətin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.
Nizamnamə kapitalı 2 min manat olan “ST Mark” QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, ev 102A-da yerləşir. Şirkətin qanuni təmsilçisi İsmayılov Fərxan Məhəmmədhüseyn oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
392 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...