Azərbaycanda dollara təlabat kəskin attdi

Azərbaycanda dollara təlabat kəskin attdi
Valyuta hərraclarında dollara tələbin yenidən artması müşahidə olunur. Son 3 hərracda 241.1 milyon dollar satılıb. Digər tərəfdən, son 3 hərracda hər satış əvvəlkindən daha çox olub. Əgər noyabrın 28-də keçirilən hərracda 68.2 milyon dollarlıq tələb yaranmışdırsa, ötən ayın son günündə 77.8, dünən isə 95.1 milyon dollarlıq sifariş olub.

Gundeminfo.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov açıqlamasında bildirib. O deyib ki, dollara tələbin artması daha çox mövsümi faktorlar ilə bağlıdır.

"Belə ki, dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Öncədən proqnozlaşdırıldığı kimi, dekabrda dollara tələbin artması gözlənilən idi. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır" deyə millət vəkili qeyd edib.

V.Bayramov əlavə edib ki, dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. "Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də gələn il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq."



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
438 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...